8 saatdan sonra yenidən dünyanın ən varlısı oldu

8-saatdan-sonra-yeniden-dunyanin-en-varlisi-oldu
Oxunma sayı: 924

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts yenidən dünyanın ən varlısı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Ötən gün ilin ilk yarısında təmiz gəlirlərinin 900 milyon olduğunu açıqlayan “Amazon” şirkətinin səhmlərini qiymətində artım baş verib. Nəticədə 53 yaşlı Bezos sərvətini 90,2 milyard dollara çatdırıb. O, uzun illərdir dünyanın ən varlı adamı sayılan Bill Qeytsi siyahıda qabaqlayıb. Lakin günün sonunda şirkət Nyu-York fond birjasını 3,2 faiz dəyər itirib və Bezos dünyanın ən zəngini adını 8 saatdan sonra Bill Qeytsə geri qaytarmalı olub. Hazırda “Microsoft” şirkətinin qurucusu 90 milyard dollarla sahibdir.

Siyahıda növbəti yerləri müvafiq olaraq “Zara” brendinin sahibi Amansio Orteqa (83,1 milyard), Bekşir Hetevey şirkətinin sahibi Uarren Baffet (74,4 milyard) və “Facebook” qurucusu Mark Zukerberq (72,3 milyard) tutur.