8 yaşlı ifaçımız İtaliyada qalib olub

8 yaşlı ifaçımız İtaliyada qalib olub
Oxunma sayı: 197

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi olan Z. Abdullayeva fortepianoda ifa üzrə öz yaş kateqoriyasında ən yaxşı ifaçı seçilib. Baxın “Kiçik Prelüdiya”, Şopenin “Mazurka”, Klementin “Sonatina” kimi musiqi əsərlərini ifa edən Z. Abdullayeva öz rəqiblərini arxada qoymağı bacarıb. Qeyd edək ki, Z. Abdullayeva 100 mümkün baldan 96-nı yığmaqla Avropanın musiqi arenasında Azərbaycanın imicini dəstəkləməyə imkan verib. Bu qalibiyyət sayəsində Z. Abdullayeva həmçinin Pyetro Arcento adına təqaüdə də layiq görülüb.

Z.Abdullayeva qeyd edib ki, qalibiyyəti İncəsənət Gimnaziyasında fortepiano sənətini öyrənməkdə ona yardımçı olan müəlliməsi Nigar Nəcəfzadənin səyi nəticəsində əldə edib. Müsabiqədə İtaliya, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və s. ölkələrin təmsilçiləri iştirak ediblər.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi