“8 yaşlı oğlum var, evliliyə hələ hazır deyiləm” - - Günay

8-yasli-oglum-var-evliliye-hele-hazir-deyilem-
Oxunma sayı: 4578


ATV-nin tanınmış aparıcısı Günay Firidunqızı şəxsi həyatından söhbət açıb.

“Qafqazinfo”ya açıqlamasında aparıcı həyatını oğluna həsr etdiyini bildirib:

“Ailə qurmaq barədə düşünmürəm, hələ hazır deyiləm, lakin valideynlərim istəyir ki, mən ailə qurum.  Səkkiz yaşlı oğlum var, çox qısqancdır. Balaca olmasına baxmayaraq məni hamıdan, hər şeydən qısqanır, uşaq olsa da, böyük düşüncələri var. Geyimlərimi də o seçir, küçədə gedəndə mənə kim baxır, necə baxır hamısına fikir verir, sonra sərt reaksiyalar göstərir. Boş vaxtlarımı övladıma həsr edirəm, onun dərsləri ilə məşğul oluram, şəhəri gəzdirirəm. Hələ ki, həyatımı ona  və işimə həsr etmişəm.

Daha sonra aparıcı sosial şəbəkələrdən imtina etməsinə də aydınlıq gətirib:

“Əvvəllər “Facebook”dan istifadə edirdim. Sonra çoxları yazmağa başladı, hamıya cavab yaza bilmirdim, vaxtım yoxdur, onlar da məndən inciyirdilər. Heç kim məndən inciməsin deyə, profilimi bağladım.  Artıq sosial şəbəkələrdən istifadə etmirəm”.

Könül