8 yaşlı qızı maşın vurdu

8-yasli-qizi-masin-vurdu
Oxunma sayı: 650

Trend Regional TV-yə istinadən məlumat verir ki, Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 8 yaşlı Siyəzən şəhər sakini Baladadaşova İlahə Oqtay qızı musiqi məktəbinə gedərkən avtomobil tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Ona ağır kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.