80 yaşlı kişi ikinci mərtəbədən yıxılıb öldü - Bakıda

80-yasli-kisi-ikinci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 648

Bakıda 80 yaşlı kişi yaşadığı fərdi evin ikinci mərtəbəsindən yıxılıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa qəsəbəsində baş verib.
 
1937-ci il təvəllüdlü Abbasov Ağamirzə Hüseyn oğlu özünə məxsus fərdi evin ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan ahıl kişi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ağamirzə Abbasovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.