800-ə yaxın sahibsiz it sığınacağa verilib

800-e-yaxin-sahibsiz-it-siginacaga-verilib
Oxunma sayı: 1507

“Bakıda sahibsiz itlərin zərərsizləşdirməsi istiqamətində gecə gündüz işləyirik. Bu günə qədər Bakının 12 rayonu üzrə 800-ə yaxın sahibsiz it tutularaq Balaxanı yaxınlığındakı sığınacağa yerləşdirilib”.
 
"Qafqazinfo" xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov deyib. Onun sözlərinə görə, sahibsiz itlər daha çox Bakının Binəqədi və Yasamal rayonlarında tutulub: “Sığınacaqda itlər baytar müayinəsindən keçir, yemək verilir, vaksinlənirlər. Hələ ki, quduz itə rast gəlməmişik. Bizə itləri öldürməyə icazə yoxdur. Hələlik hamısını sığınacaqda saxlayırıq. Xüsusi ləvazimatlar onları tuturuq. Türkiyədən keyidici iynələr sifariş vermişdik. Gəldi, amma bizi qane edən olmadı. İkinci partiya keyidici iynə sifariş vermişik. Bu, bizim işimizi xeyli yüngülləşdirəcək”.
 
Sahə rəisi hər bir vətəndaşın sahibsiz heyvanların, itlərin götürülməsi ilə bağlı günün 24 saatı +12 5650926/27 nömrəsi ilə əlaqə saxlaya biləcəyini də xüsusi vurğulayıb.