84 min oğurlayan bağbana 9 il həbs verildi

84-min-ogurlayan-bagbana-9-il-hebs-verildi
Oxunma sayı: 1562

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Mehman Rzayevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə , hakim Mayıl Bayramovun icraatında olan prosesdə M.Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, hadisə bu ilin fevralında Çimnaz Səlimzadəyə məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. M.Rzayev həmin evdə bağban işləyərkən, evdə olan ümumilikdə 84 min 700 manat dəyərində əşyaları ayrı-ayrı vaxtlarda satmaqda, ev sahibinə məxsus idman alətlərini, qədim qabları internet üzərindən satışa çıxarmaqda ittiham olunur.

Zərərçəkmiş Ç. Səlimzadənin Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktoru olduğu bildirilir.

Murad Əhməd