85 saniyədə 1 milyard dollarlıq satış edildi - Yeni rekord

85-saniyede-1-milyard-dollarliq-satis-edildi
Oxunma sayı: 3266

“Alibaba” alış-veriş şirkəti Subaylar Günündə (Singles' Day) 85 saniyədə 1 milyard dollarlıq sifariş alaraq yeni rekord qırıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, ötən il eyni məbləğdə satış 2 dəqiqə ərzində həyata keçirilmişdi.

“Alibaba” şirkəti ötən il 12 saatda 18 milyard dollarlıq satış həyata keçirmişdi. Müqayisə üçün qeyd edək ki, ötən il ABŞ-da keçirilən “Black Friday” və “Cyber Monday” festivallarında ümumilikdə 17,7 milyard dollarlıq alış-veriş edilmişdi.

Qeyd edək ki, Məlumata üçün bildirək ki, dünyada ən böyük alış-veriş festivalı olaraq bilinən Subaylar Günü hər il 11 noyabrda qeyd edilir.

Subaylar Günü 1993-cü ildə Nankin Universitetində yalnızlığı qeyd etmək məqsədilə təsis edilib. Bu gün xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix seçilib.