85 yaşlı kişi 80 yaşlı qadını zorladı

85-yasli-kisi-80-yasli-qadini-zorladi
Oxunma sayı: 2375


“Qafqazinfo”nun “ans press”ə istinadən verdiyi məlumata görə, 85 yaşlı kişi qonşuluqda yaşayan 80 yaşlı qadını zorlayıb.

Belə ki, 85 yaşlı Takeo Nitta qonşuluqda yaşayan 80 yaşlı qadına vurulub. Kişi bu barədə qadına bildirdikdə isə rədd cavabı alıb. Lakin məhəbbətindən əl çəkməyən ahıl kişi muradına çatmaq üçün mübarizə aparmaq fikrinə düşüb.

Qeyd edək ki, Takeo Nitta qadınla xəstəxanada tanış olub. Elə o vaxtdan qadını izləməyə başlayıb. Daha sonra qəlbini qadına açıb.

Maraqlı orasındadır ki, Takeo Nitta bir neçə dəfə yaşlı qadının evinə gəlib və onunla evlənmək istədiyini bildirib. Qadın hər dəfə onu rədd edib. Sonradan qadın həmyaşıdının əməllərindən bezərək polisə şikayət edib. Polis isə qadını ciddiyə almayıb.

Sonuncu dəfə Takeo Nitta qəşəng geyinib və ətirlənərək qadının evinə gəlib. Qapını açdıqda isə zorla qadının evinə girib. Fikrinin ciddi olduğunu və evlənmək istədiyini deyib. Yaşlı qadın isə onu təhqir edib. Qadının təhqirlərinə dözə bilməyən Takeo Nitta onu evində zorlayıb.

Qadının şikayəti əsasında yaşlı kişi saxlanılıb. İndi onun cavanlıq eşqi həyatının sonlarını həbsxanada keçirtməyə məcbur edəcək.