86 yaşlı kişi özünü asdı

86-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 690

Qaxda intihar hadisəsi baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.
 
Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.
 
Məlumata görə,  Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
 
Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.