9 Ayda 14,5 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib

9-ayda-145-milyard-kilovatsaat-elektrik-enerjisi-istehsal-edilib
Oxunma sayı: 652

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,1 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
2011-ci ilin 9 ayı ərzində isə enerjisistemdə 14,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 12,3 milyard kilovatsaata yaxını İES-lərin, 2,2 milyard kilovatsaatdan çoxu isə SES-lərin payına düşür.

Nigar Məmmədli