9-cu mərtəbədən düşən körpə ölmədi

9-cu-mertebeden-dusen-korpe-olmedi
Oxunma sayı: 643

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Portuqaliyada 9-cu mərtəbədən düşən 22 aylıq körpə ölməyib. "Körpəni Allah qorudu" deyən xilasetmə müdiri Antonio Fonseca, küləyin körpəni daşlığa deyil, bir qum topasının üzərinə apardığını bildirib. Portuqaliyada meydana gələn hadisədən sonra "möcüzə körpə" olaraq xatırlanan uşağın kəllə beyin travması aldığı, ayaqlarında qırıqlar olduğu, ancaq həyati təhlükəsinin olmadığı qeyd edilib.

Körpənin, evdə saxladıqları itin arxasınca iməkləyərək, otağın çox yüksəkdə olmayan havalandırma pəncərəsindən 30 metr aşağıya düşdüyü bildirilib.