9 cüdoçumuz məğlub oldu - Medal yoxdur

9-cudocumuz-meglub-oldu
Oxunma sayı: 1846

Xəbər verdiyimiz kimi, bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatına start verilib.

“Qafqazinfo” xəbər verir ki, yarışın açılış günündə tatamiyə 9 idmançımız çıxıb və heç biri medal əldə edə bilməyib.

Vüqar Şirinli (60 kq) ilk döyüşündə rusiyalı Beslan Mudranova məğlub olub.

66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə ardıcı 2 döydüşdən qalib ayrılsa da, ¼ final mərhələsində italiyalı Matteo Medvesə məğlub olub. Bürünc uğrunda təsəlliverici qarşılaşmada isə Dmitri Şerşanla (Belarus) bacarmayıb.

Onunla eyni çəki dərəcəsində yarışan digər idmançımız Orxan Səfərov da Şıxəlizadə ilə eyni aqibəti yaşayıb.

Qadınların yarışında isə Leyla Əliyeva (48), Bazaraqça Erdenebat (48 kq), Gültac Məmmədliyeva (52 kq), Buyanxışıq Purevsuren (52 kq), Ülviyyə Rəhimli (57 kq), və İçinxorlu Munxtsedev (57 kq) ilk döyüşlərində məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, Azərbaycan çempionatda 16 cüdoçu ilə təmsil olunur.