9 il əvvəl atasını öldürdü, hökm bu gün verildi

9 il əvvəl atasını öldürdü, hökm bu gün verildi
Oxunma sayı: 1620

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il əvvəl atasını öldürməkdə təqsirləndirilən Azər Yaqubova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Yaqubov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şübhəli şəxs kimi tutulduğu 2009-cu ildən hesablanacaq. 

İttihama görə, Sumqayıt sakini A.Yaqubov 2009-cu ildə atası Şaban Yaqubovu yatmış, köməksiz vəziyyətdə qətlə yetirib. Hadisəyə səbəb isə A.Yaqubovun işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını yatan zaman balta ilə 3 dəfə vuraraq qətlə yetirib.

A.Yaqubov elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlini etiraf edib. Məhkəmədə dindirilən zaman o, atasını bir dəfə balta ilə vurduğunu deyib.

Xatırladaq ki, A.Yaqubov qətli törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib. İndi səhhəti normallaşdığı üçün işinə yenidən baxılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi