9 ildən sonra “Space”dən getdi

9-ilden-sonra-spaceden-getdi
Oxunma sayı: 5248

Əməkdar artist Əkbər Əliyev Space TV ilə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, aparıcılıq etdiyi “Hər səhər” verilişində danışıb. 

Aktyor səhhəti ilə bağlı efirlə vidalaşmalı olub: “Yorğunam, bir balaca sağlamlığımda da problem var. Anons, reklam deyil, həqiqətən də gedirəm”. 

Bundan sonra sözügedən proqramı gənc aktyor Əlibəy Məmmədli aparacaq. 

Qeyd edək ki, Ə. Əliyev 9 ildir ki, "Hər səhər"in aparıcısı olub.