9 kameralı smartfon gəlir

9-kamerali-smartfon-gelir
Oxunma sayı: 1808

“Light” şirkəti 9 kameralı smartfon hazırlayır.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, sözügedən smartfonun adı hələlik bəlli olmasa da, onun bu ilin sonuna kimi satışa çıxacağı gözlənilir.

Smartfon ümumilikdə 64 meqapiksellik 9 kamera ilə təchiz olunacaq. Telefonun digər texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur.

Mütəxəssislərin fikrincə bu sayda kameralar vasitəsilə çəkiləcək yüksək keyfiyyətli fotoların emal olunması üçün yüksək performanslı texniki göstəricilər lazımdır. Məsələn, minimum olaraq Snapdragon 845 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, USB Type-C girişi və s.

Smartfonun bu ilin sonunda çıxışını nəzərə alsaq, onun təqdimatını böyük ehtimalla sentyabrın əvvəlində baş tutacaq IFA 2018 tədbirində gözləmək olar.