9 kənd terrorçulardan təmizləndi, Kilislə sərhəd əlaqəsi kəsildi

9-kend-terrorculardan-temizlendi-kilisle-serhed-elaqesi-kesildi
Oxunma sayı: 1538

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 9 kəndi terrorçulardan azad edib.

“Qafqazinfo” xəbər verir ki, gün ərzində Deyr Savvan, Çarxanlı, Sorani, Heyyani, Akanlı, Zeytunə, Arpaviran, Mərvanə və Heygecə kəndləri işğaldan xilas edilib.

Deyr Svvan kəndinin alınması ilə birlikdə terrorçuların Türkiyənin Kilis rayonu ilə sərhəd əlaqəsi də kəsilib.

Bununla da terrorçulardan təmizlənən məntəqələrin sayı 89-a çatıb. Onlardan 61-i kənd, 20-si isə strateji yüksəklikdir.

Qeyd edək ki, əməliyyatın başladığı 20 yanvardan bu günə qədər 1715 terrorçu zərərsizləşdirilib.