9 milyard 120,2 milyon manatlıq kredit

9-milyard-1202-milyon-manatliq-kredit
Oxunma sayı: 656

Azərbaycan Mərkəzi Bankından “Qafqazinfo”ya verilən məlumata görə, kreditlərin 33%-i və ya 3 milyard 012,4 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 530,7 milyon manat (27,7%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 447,4 milyon manatı (4,9%), sənaye və istehsalın payına isə 540,1 milyon manatı (5,9%) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 293,9 milyon manatı və ya 3,2%-i, kənd təsərrüfatı və emalına 442,1 milyon manatı və ya 4,8%-i, inşaat və əmlak sahəsinə 681,3 milyon manat (7,5%), digər sahələrə isə 41,9 milyon manatı və ya 0,5%-i yönəldilib.

2011-ci il avqustun 1-nə kreditlərin 3 milyard 014,4 milyon manatı (33,1%) qısamüddətli, 6 milyard 105,8 milyon manatı (66,9%) isə uzunmüddətli kreditlər olub.

Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 170,3 milyon manat (34,8%), özəl banklar tərəfindən 5 milyard 708,8 milyon manat (62,6%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 241 milyon manat (2,6%) kredit qoyulub.

Kreditlərin 5 milyard 723,3 milyon manatı və ya 62,8%-i manatla, 3 milyard 396,9 milyon manatı və ya 37,2%-i xarici valyuta ilə verilmişdir. Kredit qoyuluşlarının 581,1 milyon manatı (6,4%) vaxtı keçmiş kreditlərin payına düşüb.

Nigar Məmmədli