9 nəfər zəhərləndi

9-nefer-zeherlendi
Oxunma sayı: 634

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Sumqayıt şəhər sakinləri Nəzər Abbasov, Türkan Qaracayeva, Gülşən Babayeva, Bənövşə Ələkbərova və onun oğlu Kamran və qızı Mətanət, Abşeron rayon sakinləri Cəlalə Quliyeva, Faiq Tanrıverdiyev, Cəmilə Bağırova öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.