“9 yaşımda top- tüfəngin içindən çıxıb gəlmişəm”

9-yasimda-top-tufengin-icinden-cixib-gelmisem
Oxunma sayı: 2318

“Keçmişimlə bağlı xoş təəssüratlardan danışmağı sevirəm.  O illər bu illərə güc verib.  Həyatımı heç kimlə müzakirə etmirəm. Keçmiş günlərimdən efirlərdə, dostlarım arasında söhbət açmıram”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Şou ATV” proqramına qonaq olarkən deyib. Sənətçi verilişdə qeyd edib ki, keçmişdə çətin günlər yaşayıb: “İnstaqramda bəzən şərh yazırlar ki, dünya sənindir, kef edirsən, amma mənim oğlum oxuyub, heç nə edə bilmir. O insanlar keçmişimizə nəzər salsa, görərlər ki, biz nə əziyyətlər görüb bu yerə gəlib çıxmışıq. Arzu edirəm ki, hər bir valideyn öz övladına güc versin. 

Bəli, mənim keçmişim çox çətin olub. Füzulidən anadan olmuşam, torpaqlarımız işğal altındadır. Sizə bir şey danışım. Bir nəfərlə mübahisə etmişdim. Mənə dedi ki, get Çingiz Mustafayevin disklərinə bax, Qarabağı, müharibəni hərdən yadına sal. Cavab verdim ki, sən ona diskdə baxmısan, mən isə həyatda görmüşəm. 9 yaşımda top- tüfəngin içindən çıxıb gəlmişəm. Belə şeylər olanda çalışırlar ki, mənə zərbə vursunlar. Amma daxilən güclü insanam”.