9 yaşlı uşaq kimyəvi maddədən zəhərləndi

9-yasli-usaq-kimyevi-maddeden-zeherlendi
Oxunma sayı: 629

Hacıqabul rayonunda 9 yaşlı uşaq kimyəvi maddədən zəhərlənib.

"Qafqazinfo" femida.az-a istinadən xəbər verir ki, Hacıqabul rayonunun Meyniman kənd sakini, 2008-ci il təvəllüdlü Qəmbərova Nərmin Eldəniz qızı bitkilərdə zərərvericiləri məhv etmək üçün nəzərdə tutlan kimyəvi çiləyicidən zəhərlənib. Azyaşlı qız ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağı xilas etmək üçün respublika toksikoloji mərkəzindən həkimlər dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.