90 dövlək əmlakı satışa çıxarıldı

90-dovlek-emlaki-satisa-cixarildi
Oxunma sayı: 1202

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub. 

“Qafqazinfo” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 mart tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Balakən, Qəbələ, Şəmkir, Goranboy və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında İmişlidə yerləşən Yardımçı təsərrüfat, Şəmkir Balıq zavodu, Maştağa avtodəstəsi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-i sənaye, qalanları isə digər sahələrə aiddir. 

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10 kv.m ilə 447 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.