91 yaşlı sürücü avtomobilini mağazaya çırpdı - 5 yaralı

91-yasli-surucu-avtomobilini-magazaya-cirpdi
Oxunma sayı: 1077

Almaniyanın cənub-qərbində - Saarbryukken şəhərində 91 yaşlı kişi avtomobilini marketə çırpıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 5 nəfər yaralanıb.

Onlardan 3-nün vəziyyəti ağırdır. Polis hadisəyə səbəb kimi qocanın idarəetməni itirməsini göstərib. Sürücü özü heç bir xəsarət almayıb.