92 ölkəyə mal göndərilib

92-olkeye-mal-gonderilib
Oxunma sayı: 739

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 6894,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4703,5 milyon dollar, idxalın dəyəri 2191,1 milyon dollar təşkil etmiş, nəticədə 2512,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-mart  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9 faiz, real ifadədə isə 6,3 faiz, o cümlədən ixrac 5,3 faiz, idxal 8,7 faiz artıb.