922 ədəd partlamamış sursat aşkarlanıb

922 ədəd partlamamış sursat aşkarlanıb
Oxunma sayı: 234

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 13 yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 922 ədəd partlamamış hərbi sursat (PHS), 25 ədəd partlamış-yanmış mərmi qalıqları və 599 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 373 194 kv.m (137.32 ha) ərazi yoxlanılııb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi