93 yaşında seçkinin qalibi oldu - Fotolar

93-yasinda-seckinin-qalibi-oldu
Oxunma sayı: 2669

Dünən Türkiyədə bələdiyyə və yerli idarəetmə seçkilərində maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” “Anadolu agentliyi"nə istinadən xəbər verir ki, Kilis rayonunun Güvəndik kəndində 41 ildir muxtar olan 93 yaşlı Əli Xəmirli növbəti dəfə seçkidə qalib olub.

O, 20 evin olduğu və 73 nəfərin yaşadığı kənddə 57 səsin hamısını alıb.

Türkiyənin ən yaşlı muxtarı olan Əli Xəmirli onu təbrik etməyə gələn kənd əhalisi ilə görüşündə kənddə məscid inşa etdirəcəyi və yolun təmir olunacağı barədə söz verib.