95 nəfər imtahandan keçdi

95-nefer-imtahandan-kecdi
Oxunma sayı: 669


“Qafqazinfo” Komissiyanın saytına istinadən xəbər verir ki, imtahanda iştirak etmək istəyən 544 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 415 nəfəri imtahanda iştirak edib, 129 nəfər imatahana gəlməyib.

İmtahanın nəticələri saat 14:15-dən etribarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən 95 nəfər müsabiqə şərtini ödəyərək (55 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.
Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

İmtahan 3 saat davam edir. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 55 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar.
Qeyd edək ki, ən yüksək nəticə 77 bal olub.