95 yeni planet aşkarlandı

95-yeni-planet-askarlandi
Oxunma sayı: 1601

Astronomlar qalaktikasında Günəş sistemi xaricində 95 yeni planetin varlığını aşkar ediblər.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Amerika Aviasiya və Kosmos Agentliyinin (NASA) beynəlxalq araşdırma heyəti kosmos boşluğunda 275 göy cismi üzərində tədqiqat aparıb.

Məlumata görə, bunlardan 95-nin planet olduğu təsbit edilib.

Tədqiqatçılar bu prosesdə Günəş sistemindən kənarda orbitə çıxan planetin ən parlaq ulduzunu da tapdılar.