9522 bakalavr internetlə elektron ərizəsini təsdiqləyib

9522-bakalavr-internetle-elektron-erizesini-tesdiqleyib
Oxunma sayı: 908


"Qafqazinfo" Komitənin saytına istinadən xəbər verir ki, qaydalara uyğun olaraq bakalavr 2014-cü il fevralın 11-dən etibarən TQDK-nın müvafiq internet səhifəsinə daxil olur və şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartında kı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir. 

Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Bakalavrlar mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. 

Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatlarından istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.

Qeyd edək ki, 17 fevral 2014-cü il saat 11:00-a qədər 9522 bakalavr internetlə elektron ərizəsini təsdiqləyib. 

Xatırladırıq ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2014- cü il fevralın 20-dək olan təsdiq edə biləcəklər.