AAAF Park-da əlavə yüklənmə səbəbindən yaranan problem həll edilib - Yenilənib

aaaf-park-da-elave-yuklenme-sebebinden-yaranan-problem-hell-edilib
Oxunma sayı: 2848

AAAF Park Yaşayış kompleksinin sakinləri dünən işıqsız qaldıqları üçün redaksiyamıza müraciət edib.  Onlar “Qafqazinfo”ya bildirib ki, elektrik enerjisinin kəsilməsinə şirkətin havalar soyuq olduğu, istilik verilmədiyi üçün işıq xətlərinə yüklənməni öncədən nəzərə almamasıdır:

“Dünən axşam bir neçə saat işıqsız qaldıq. Bu gün də artıq 5 saata yaxındır ki, işıq yoxdur. Hər qış öncəsi eyni problemlər olur.  İstilik olmur və işıq xətlərinə yüklənmələr artır.  Transformatorlar partlayıb deyirlər. Buna heç nəzərət etmirlər. Eyni hal nə qədər yaşana bilər? Hər dəfə bu problemlər ortaya çıxır. Soyuq vaxtı istilik yox, işıqlar da sönüb. Nə etməliyik biz?”.

Qeyd edək ki, AAAF Park Yaşayış kompleksində bir neçə ay öncə də eyni problemlər yaşanmışdı.

***

Şirkətin mətbuat katibi Kənan Məstəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, baş verən hadisənin səbəbi havaların soyuq keçməsi ilə əlaqədar xətlərdə yaranmış yüklənmədir:

“Belə havalarda sakinlər əlavə qızdırıcılardan istifadə edirlər ki, nəticələri ağır olur. Normadan artıq yüklənmə olduğuna görə də belə kiçik qəzalar baş verir. Biz bu məsələni daima nəzarətdə saxlayırıq və hadisə baş verən kimi duruma müdaxilə edirik. Qəzanın nəticələrinin aradan qaldırılması üçün bütün tədbirlər görülür. Hazırda da bu problem həllini tapmaq üzrədir”.