AAYDA Mətbuat Günü ilə bağlı tədbir keçirdi

aayda-metbuat-gunu-ile-bagli-tedbir-kecirdi
Oxunma sayı: 867

Bu gün Milli Mətbuat Günü münasibətilə daha bir dövlət qurumu tədbir keçirib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçirdiyi tədbirdə ölkə mediasının peşəkar jurnalistləri və qurumun rəsmiləri iştirak edib.

AAYDA-nın vəzifəli şəxsləri və mətbuat katibi Anar Nəcəfli çıxış edərək media nümayəndələrini peşə bayramı münasibətilə təbrik ediblər. Sonda jurnalistlərə AAYDA-nın qiymətli hədiyyələri təqdim olunub.