Abadi Ankaraya gedir

abadi-ankaraya-gedir
Oxunma sayı: 1265

İraq Baş naziri Heydər əl-Abadi 25 oktyabrda Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Abadi Ankarada türkiyəli həmkarı Binəli Yıldırımla görüşəcək.

Görüşdə ikitərəfli münasibətlərin regionda sülh, sabitlik və təhlükəsizliyə xidmət göstərəcək formada müzakirə edilməsi nəzərdə tutulub.

Bundan başqa, İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirdi qanunsuz referendumdan sonra baş verən poseslər və bu istiqamətdə ortaq addımların atılması məsələsi nəzərdən keçiriləcək.