“ABB-Gürcüstan”ın Direktorlar Şurasının tərkibi genişləndirilib

abb-gurcustanin-direktorlar-surasinin-terkibi-genislendirilib
Oxunma sayı: 648

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlki illərin maliyyə göstəricilərini nəzərə alaraq yeni alətləri və xidmətlərin tətbiqini əks etdirən “ABB-Gürcüstan”ın yeni inkişaf strategiyası hazırlanıb.

Bankın Müşahidə Şurasının iclasında Audit Komitəsinin sədri Şalva Qoduadze, müavini Fuad Mürşüdli və Komitənin üzvü Vəli Əliyevin tərkibində Audit Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Bundan başqa, baş direktor Samir Vəliyev, şuranın üzvü Nelli Tsuklauri ilə yanaşı Direktorlar Şurasına Əli Haqverdiyev və Şakir Məmmədov daxil ediliblər.

Qeyd edək ki, “ABB-Gürcüstan” bankı 2007-ci ildən fəaliyyət göstərir. Bank təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (75%), “Azərbaycan Sənaye Bankı” (12,5%) və fiziki şəxs (12,5%) çıxış edir.

Nigar Məmmədli