ABB-nin yenilənmiş Qaradağ filialı istifadəyə verildi

ABB-nin yenilənmiş Qaradağ filialı istifadəyə verildi
Oxunma sayı: 81

Azərbaycan Beynəlxalq Bankının Qaradağ filialının yeni konseptdə qurulmuş ofisi müştərilərin istifadəsinə verilib. Filial bundan sonra Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi– 29 ünvanındakı “Sahil” İş Mərkəzində fəaliyyət göstərəcək. Ən müasir bankçılıq texnologiyaları ilə təmin olunmuş filialda müştərilərə yüksək xidmət üçün hər cür şərait yaradılıb.

Xidmət ofislərinin yeni konseptə uyğunlaşdırılması Bankda reallaşdırılan filialların transformasiyası layihəsi çərçivəsində həyata keçirilir. Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamentinin Pərakəndə xidmət ofisi də yeni konseptdə qurulub. Bu proses mərhələ-mərhələ başqa filial və şöbələrdə də davam etdiriləcək. Layihə üzrə filiallarda müştərilərə xidmət prosesinin sadələşdirilməsi, məlumat mübadiləsinin daha sürətli və effektiv aparılması, növbədə gözləmə müddətlərinin qısaldılması yolu ilə müştəri məmnuniyyətinin yüksəldilməsi nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi