Abbas efirlərdən niyə imtina edir?

abbas-efirlerden-niye-imtina-edir
Oxunma sayı: 1688

Bir neçə gün bundan əvvəl toyu olan əməkdar artisti Abbas Bağırov efirlərdən imtina edib. 

“Qafqazinfo” xəbər verir ki, müğənni bir müddət televiziya və radiolarda qonaq olmayacağını bildirib:

“Hörmətli TV və radio proqramlarının nümayəndələri... Müəyyən səbəblərə görə məni  heç bir verilişlərə dəvət etməyin, xahiş edirəm. Səbəbi də şəxsi işlərimlə bağlıdır. Diqqətinizə görə təşəkkürlər”. 

Qeyd edək ki, Abbas Bağırovun 3 gün bundan əvvəl Gəncədə toyu olub. Sənətçinin digər toyu isə dekabrın 27-də baş tutacaq.