Abbasov niyə “vuruldu”?

abbasov-niye-vuruldu
Oxunma sayı: 3133


“Qafqazinfo” nun məlumaına görə, “Yeni Müsavat” yazır ki, Abbas Abbasov “AzerRos”un ali toplantısına o qatılmayıb. “Beləliklə, əminliklə demək olar ki, qurultayın birinci hissəsi Abbas Abbasov və ötən qurultayda onun təkidi ilə prezident seçilmiş Asif Məhərrəmov üçün fiasko ilə yekunlaşıb. Onların hər ikisi rəhbərlikdən uzaqlaşdırılıb, üstəlik, ciddi ittihamlara tuş gəliblər. Ən önəmlisi, Abbas Abbasovun təşkilata iddiaları hələ prezidentlik yarışı başlamamış böyük ölçüdə zəiflədilib.

Onu da xatırladaq ki, Abbasov 2013-cü ilin prezident seçkiləri ilində Azərbaycan iqtidarını ciddi şəkildə rahatsız etmiş “Milyarderlər İttifaqı”nın (RATİ) ən odioz fiquru sayılır. Bəzi ehtimallara görə, qurum daxilində son yaşananlar 2012-cü ildə yaradılmış RATİ-ni zəiflətmək və sıradan çıxarmaq planının tərkib hissəsidir. Başlıca hədəf isə A.Abbasovdur. 

Məsələ də ondadır ki, 2013-cü ilin prezident seçkiləri zamanı RATİ, ələlxüsus da Abbas Abbasov Azərbaycan iqtidarına kifayət qədər narahatlıq yaradıb. Doğrudur, seçkilərdən sonra o, hakimiyyətlə körpüləri bərpa etməyə çalışıb, əvvəlki kəskin mövqeyinə əks-mövqe sərgiləyib. Ancaq Bakı tərəfindən reabilitasiyaya da nail olmayıb. 

Bu xüsusda istisna olunmur ki, “AzerRos” rəhbərliyində gedən proseslər və parçalanmalar gələn ilki parlament seçkilərinədək “Milyarderlər ittifaqı”nı tam təsirsiz hala gətirmək, yaxud darmadağın eləmək planının tərkib hissəsidir. Müşahidəçilərə görə, Bakı iqtidarı son iki ildə bu formatı sıradan çıxarmaq, onun və mərkəzi fiqur kimi Abbas Abbasovun “Azərbaycana uzanan əllərini”  kəsmək üçün mümkün hər şeyi etməkdədir. RATİ üzvü, Milli Şuranın fəxri sədri  Rüstəm İbrahimbəyovun ölkəyə buraxılmaması da eyni mərama hesablanan addımlardan sayılır. 

Lakin əsas hədəf qeyd edildiyi kimi, Abbas Abbasov və onun təsir dairəsinə düşən ictimai təşkilatlar, şəxslərdir. Hesab eləmək olar ki, hakimiyyət bu planının birinci hissəsini uğurla reallaşdırıb. Martın 6-nı gözləyək.