“Abdel Kader”in ifaçısı dünyasını dəyişdi - Fotolar + Video

abdel-kaderin-ifacisi-dunyasini-deyisdi
Oxunma sayı: 1821

Rai musiqisinin məşhur siması, Əlcəzair əsilli müğənni Rəşid Taha Parisdə vəfat edib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 60 yaşlı ifaçının ailəsi onun yuxuda olarkən infarkt keçirdiyini açıqlayıb.

Xatırladaq ki, R.Taha 1990-cı illərdə Xaled və Faudellə birlikdə ifa etdiyi “Ya Rayah”, “Abdel Kader” və “Ida” mahnıları ilə ulduz olmuşdu.

Qeyd edək ki, Taha 10 yaşında olarkən ailəsi ilə birlikdə Əlcəzairdən Fransaya köçüb və burada yaşamağa başlayıb.

Rai musiqisi Tahanın doğulduğu Oran şəhərinə xas olan folklor musiqi növüdür.