Abdin Fərzəliyev səyyar qəbul keçirdi

abdin-ferzeliyev-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1176

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Abdin Fərzəliyev çıxış edərək yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.