Abdin Fərzəliyev səyyar qəbul keçirdi - Foto

abdin-ferzeliyev-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1183

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakinlərinin, Bələdiyyə sədri, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Abdin Fərzəliyev sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıraraq əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.