Abdulla Salehin ölüm xəbəri yayıldı

abdulla-salehin-olum-xeberi-yayildi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənada Prezident sarayındakı məscidə atılan mərmidən aralarında baş nazir və Məclis sədri də olmaqla bir neçə şəxsin yaralandığını bildirilir. Müxalifət isə prezident Əli Abdulla Salehin öldüyünü iddia edib. İqtidardakı Ümumi Xalq Konqresi Partiyasının sözçüsü Tarık Şami məsciddə cümə namazı qılan baş nazir və məclis sədrinin və bir neçə siyasətçinin yaralandığını təsdiqləyib. Əl Ərəbiyyə televiziyası isə hücumda dövlət başçısının yüngül yaralandığını qeyd edib.

Səidə Teyyubqızı