Valideynləri öldürülən Abdulla Bakıda - Rəsmi açıqlama

Valideynləri öldürülən Abdulla Bakıda
Oxunma sayı: 3479

İraqdakı uşaq evlərindən birinə gətirilmiş 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicə Azərbaycana gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı virtualaz.org yayıb. Sayt bildirib ki, uşaqlar Xarici İşlər Nazirliyinin xətti ilə gətirilib.

Xatırladaq ki, ilkin ehtimala görə, İŞİD-ə qoşulan Xədicə ilə Abdullanın valideynləri öldürülüblər. 

***

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri Hikmət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən uşaqlardan yalnız biri ölkəyə gətirilib:

“Birincisi, qeyd olunan Xədicə adı dəqiq deyil. Biz hazırda onunla bağlı identifikasiya işləri aparırıq. Amma Azərbaycanın İraqdakı səfirliyinin müşayiəti ilə Abdulla adlandırılan azərbaycanlı azyaşlının dünən axşam saatlarında vətənə gətirilməsi təmin olunub.

Onun gətirilməsi üçün İraq tərəfi ilə rəsmi yazışmalar, müvafiq sənədləşmə işləri aparılıb. Bu, ölkə qanunvericiliyinə uyğun həyata keçirilib. Hazırda uşaq nazirliyin nəzarətindədir və onun qohumlarına təhvil verilməsi üzərində iş aparılır”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi