Abdullah Gül, Sarkozi, Roma Papasından İlham Əliyevə məktub

abdullah-gul-sarkozi-roma-papasindan-ilham-eliyeve-mektub-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, məktublarda Azərbaycan prezidenti və xalqı Respublika Günü münasibətilə təbrik edilir.

A. Gül məktubunda bildirib ki, Azərbaycanın müstəqilliyini qazandığı gündən bəri keçdiyi yol təqdirəlayiqdir: “Azərbaycanın müvəffəqiyyətlərini öz uğurlarımız hesab edirik. Gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan qədim və köklü əlaqələrimiz gələcəkdə də birgə səylərimizlə atılacaq konkret addımlarla daha da inkişaf edəcəkdir. Bu istiqamətdə atacağımız addımlar ikitərəfli əlaqələrimizi inkişaf etdirməklə yanaşı, Qafqazda sülh, firavanlıq və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcək, bu bölgəni beynəlxalq cazibə mərkəzinə çevirəcəkdir”.