Abdullah Gül, yoxsa Ərdoğan?

abdullah-gul-yoxsa-erdogan
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, “Konsensuas” araşdırma şirkəti “Habertürk” qəzeti üçün xalq arasında sorğu aparıb. Anketdə oduqca təəccüblü nəticələr var.

Türkiyə gündəminə damğa vuran hadisələrdən prezident seçkilərinə, Türkiyənin ən vacib problemlərindən Suriyadakı daxili müharibəyə qədər bir çox məsələ xalqdan soruşulub.

“Konsesuas” 1500 nəfərdən “Türkiyə prezidenti kim olmalıdır” sualını soruşub. Sorğuda iştirak edənlərin 32,3 faizi Rəcəb Tayyib Ərdoğanı, 31,8 faizi isə Abdullah Gülü dəstəkləyib.

Türkiyənin həll etməli olduğu problem: “Terror”

Türkiyənin ən çox həll etməli olduğu 3 problem sırasında birinci yeri “Terror” (83.5 faiz), ikinci sırada “İnflyasiya” (20, 7 faiz), üçüncü sırada isə “İşsizlik” (20, 2 faiz) tutub.

Türkiyə Suriyaya hərbi müdaxilə etməsin: “80 faiz”

“Türkiyə Suriyadakı daxili müharibəyə görə hərbi müdaxilə etməlidir?” -79, 9 faiz bunun əleyhinədir, 20,1 faiz lehinədir.

Gül ilə Ərdoğan qarşı-qarşıya!

“Kimin prezident olmaq şansı daha yüksəkdir?” –Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 32. 3 faiz səslə prezident Abdullah Gülü (31, 8 faiz) geridə qoyub.
CHP başqanı Kamal Qılıncdaroğlu isə 18, 7 faiz səslə üçüncü sırada qərarlaşıb. Digər yerləri MHP başqanı Dövlət Baxçalı və CHP-nin keçmiş sədri Dəniz Baykal tutub.