Abel Məhərrəmovu təhsilə ləkə adlandırdı

abel-meherremovu-tehsile-leke-adlandirdi
Oxunma sayı: 13577

Xalq artisti Faiq Ağayev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsinə reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkədə A. Məhərrəmovun “cap”sini paylaşaraq onu sərt bir şəkildə tənqid edib: “Varlığı ilə təhsil sisteminə illərdir ləkə gətirən tip”.

"Qafqazinfo" maraq üçün xatırladır ki, Azərbaycanın xalq artisti gənc yaşlarında "Əldə bir qədəh şərab..." mahnısıyla məşhurlaşmışdı. Faiq Ağayevin A. Məhərrəmovun işdən çıxarılması ilə bağlı paylaşdığı "cap"si və reaksiyası ilə yanaşı sözügedən mahnısı da sosial şəbəkələrdə marağa səbəb olub.