Abid Şərifov “Sovetski” sakinləri ilə görüşür- - Yenilənir+Fotolar

abid-serifov-sovetski-sakinleri-ile-gorusur-
Oxunma sayı: 4662


 “Qafqazinfo” xəbər verir ki, 1500 manat kompensasiya ilə razılaşmayan sakinlərlə hazırda danışıqlar aparılır. Görüşdə Bakı icra başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və  millət vəkili Ülvi Quliyev də iştirak edir.

Qeyd edək ki, Yasamal Rayon icra hakimiyyətində yaradılan Köçürmə Komissiyasının sədri, başçının birinci müavini  Səməd İslamov etiraz aksiyasından sonra “Sovetskidə” 15-20 kv mertlik evlərin söküntüsünün dayandırıldığını bildirmişdi. O, kiçik həcmli ev sahiblərinin kv metrə görə ödənilən 1500 manatla razılaşmadığından onların evləri ilə bağlı təkliflər planının hazırlanaraq hökumətə təqdim ediləcəyini qeyd etmişdi. 

Fotolar virtualaz.org-a məxsusdur.