Abituriyentlər ixtisas seçimində gecikir

abituriyentler-ixtisas-seciminde-gecikir
Oxunma sayı: 648

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.

Nağızadə bildirib ki, ixtisas seçimi etmək hüququ qazanan 40 min abituriyentin indiyədək 35 576-i abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. Onların 30 950-I Azərbaycan, 4626-I rus bölməsi üzrədir. Ixtisas seçimi ərizələrini təsdiqlədən abituriyentlərin 10 787-i I, 11 445-i II, 9629-u III, 3715-I IV ixtisas qrupuna sənəd verib.