“Abituriyentləri daha çox bu suallar maraqlandırır”

abituriyentleri-daha-cox-bu-suallar-maraqlandirir
Oxunma sayı: 2985

“İxtisas seçimi ərəfəsində tələbə adını qazanmağa çalışan abituriyentlərdən çoxsaylı suallar var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Avrasiya Universitetinin  mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli deyib. Universitet rəsmisi bildirib ki bu il əsasən abituriyentlər  ixtisas seçimi etməmişdən əvvəl universitetlərlə əlaqə yaratmağı üstün tutublar və bir çox sualları cavablandırıblar. Şəfayət Avılbəyli bildirib ki, abituriyentlər ümumiyyətlə hər şeylə maraqlanırlar. “Təhsil haqqı ödənişləri, ixtisasın gələcək perespektivi, özəl universitetlərdə təqaüd məsələsi, ödənişdən azad olunmanın şərtləri və digər məsələlər. Bu əlbəttə ki, çox yaxşı haldır. Abituriyent oxuyacağı universitet haqqında hər şeyi bilmək istəyir və bu il deyərdim ki çox fərqli bir seçim olacaq.

İndiyə qədər 600 abituriyentin sosial şəbəkələrdən universitetlə bağlı ünvanladığı  sualları cavablandırmışam. Ən çox verilən sual təhsil haqqı, əla oxuyan tələbələrə hansı güzəştlərin olması, məzunların iş imkanı və digər məsələlərlə bağlıdır. Bakı Avrasiya Universiteti ötən il olduğu kimi bu ildə tələbələrə yaxşı təhsil almaları üçün müxtəlif proqramlar həyata keçirir. Bu il bizi seçən abituriyentlər bu imkanlardan yararlanacaqlar”.