Abituriyentlərin Neft Məktəbinə marağı rekord həddə çatıb

abituriyentlerin-neft-mektebine-maragi-rekord-hedde-catib
Oxunma sayı: 1105


Ali Məktəbdən “Qafqazinfo”ya daxil olan məlumatda görə Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq “Neft-qaz mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli yerlərə 648, ödənişli yerlərə 637, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 650, “Kimya mühəndisliyi” ixtisası üzrə 634 bal olub. İxtisaslar  üzrə  orta  ballar  uyğun  olaraq 661, 669  və  646, ümumiyyətlə ali məktəb üzrə 656 bal olub. Keçən il isə bu rəqəm 631 bal olub.

Ali məktəbə qəbul olanların 50%-i 650-dən çox bal toplamış abituriyentlərdir. Onlardan 48-i azərbaycan, 12-si rus bölməsində təhsil alanlardır. 

“Neft-qaz mühəndisliyi” ixtisası üzrə maksimal göstərici 685, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 690, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 695 bal olub.  


I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək 695 bal toplamış iki abituriyentdən biri- Qafarlı Sevinc Bakı Ali Neft Məktəbini seçmiş və “Kimya mühəndisliyi” ixtisasına qəbul olub: “Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi neft strategiyasının perspektivlərinə olan böyük inamı, istedadlı gənclərin mühəndislik  ixtisaslarına böyük marağı,  ARDNŞ-nin həyata keçirdiyi  böyük layihələrin perspektivləri və Bakı Ali Neft Məktəbinin cəmiyyətdə nüfuzunun ildən-ilə artması ilə bağlıdır”.