Abonentlərə sərt xəbərdarlıq

abonentlere-sert-xeberdarliq
Oxunma sayı: 631

Şəbəkədən “Qafqazinfo”ya daxil olan məlumata görə, borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır. Buna səbəb isə maşın-mexanizmlərin və əməkdaşlarımızın ƏLƏT qəsəbəsindən PİRALLAHI və PİRŞAĞA qəsəbələrinə olan məsafənin yüzlərlə kilometr olmasıdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində,həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.