Abramoviç İngiltərədən qovulur - Vizası uzadılmadı

abramovic-ingiltereden-qovulur
Oxunma sayı: 3672

Böyük Britaniya rusiyalı milyarder Roman Abramoviçin vizasını uzatmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Bell” nəşrinə iki mənbə məlumat verib.

Mənbələrin sözlərinə görə, Abramoviçin vizasının müddəti üç həftə öncə bitib, yenisi isə ona verilməyib.

Biznesmenin nümayəndəsi informasiyanı şərh etməyib.

Nəşr qeyd edir ki, R. Abramoviç İngiltərədə 3 il 4 ay müddətinə verilən investisiya vizası ilə qalır. Bundan sonar viza uzadılmalıdır. Bunun üçün isə o, ölkə iqtisadiyyatına 2 milyon funt sterlinq sərmayə qoymalıdır.